Seçki-2024
Yeni hədəflər naminə YAP-ın namizədlərinə səs verək
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 57 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Ağalar Vəliyevin YAP Xaçmaz rayon təşkilatının qərargahının iclas zalında seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qələbə əzmi ilə iştirak etdiyini bildirib.
Deputatlığa namizəd Ağalar Vəliyev çıxışında bildirib ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ölkəmizin sosial-iqtisadi tərəqqisinə, hərbi gücünün və müdafiə qabiliyyətinin yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə, milli və regional təhlükəsizliyin təmin olunmasına hədəflənmiş müstəqil və uzaqgörən siyasəti sayəsində istər ölkəmizdə, istərsə də bütövlükdə regionumuzda yeni reallıqlar yaranıb, qarşımızda yeni perspektivlər açılıb. Hazırda qarşımızda dayanan başlıca məqsəd növbəti milli hədəflərimizin gerçəkləşdirilməsidir.
A.Vəliyev deyib ki, bu milli hədəflər YAP-ın seçki platformasında da öz əksini tapır. Deputatlığa namizəd qarşıda dayanan hədəflərə çatmaq üçün seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıb.
Tədbirdə, həmçinin Arif Əşrəfov, Azər Haqverdiyev, İsmayıl Məmmədov, Azər Əliyev, Sahib Bəkdəmirov, Azim Davudov, Elnur Abubəkirov və digərləri çıxış edərək seciciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə dəvət ediblər.