YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Zəfər yolu ilə yeni qələbələrə!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 101 saylı Samux-Şəmkir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mübariz Qurbanlının Samux rayonunun Sərkar kəndində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol müstəqil Azərbaycanın müasir inkişaf tarixidir. Ümummilli Liderin “Yeni Azərbaycan Partiyası daim yaşayacaq və Azərbaycan vətəndaşlarının istək və arzularını əks etdirən böyük bir təşkilat olacaqdır” fikirləri artıq uzun illərdir reallığa çevrilib.

Çıxış edən deputatlığa namizəd Mübariz Qurbanlı əvvəlcə YAP-ın seçki platformasından bəhs edib.

O, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ölkəmizə misilsiz tarixi nailiyyətlər qazandırdığını deyib. Mübariz Qurbanlı bu uğurların zirvə nöqtəsinin 30 ilədək Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad edilməsi – Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası olduğunu diqqətə çatdırıb.

Namizəd işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin, sosial infrastruktur quruculuğunun davam etdirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və qarşıda duran digər hədəflərin gerçəkləşdirilməsi naminə seçiciləri parlament seçkilərində fəal iştiraka dəvət edib.

Tədbirdə, həmçinin şəhid anası Zəminə Salmanova, kənd məktəbinin müəllimi Şəfəq Hümbətova, kənd ağsaqqalları Məhəmməd Hümbətov, Təhmasib Əliyev və digərləri çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.

Seçicilər 1 sentyabr tarixində YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.

Qeyd edək ki, həmin gün Mübariz Qurbanlı rayonun Ziyadlı kəndində də görüşlər keçirib.