YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Növbəti zəfərlərə doğru inamla addımlayaq”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 54 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Mirzəzadənin YAP Mingəçevir şəhər təşkilatının qərargahında və Mingəçevir Dövlət Dram Teatrının zalında seçicilərlə görüşü keçirilib.

Görüşlərdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını deyib. O, YAP-ın qarşıdan gələn parlament seçkilərində də  qələbə qazanacağına inamını ifadə edib. “İnanırıq ki, Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilər xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Heydər Əliyev yoluna sədaqətinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaqdır”, - deyə o vurğulayıb.

Çıxış edən deputatlığa namizəd Aydın Mirzəzadə Yeni Azərbaycan Partiyasının Proqramında sosial ədalət və insan amili prinsipinin təsbit olunduğunu deyib. O vurğulayıb ki, sosial siyasət sahəsində islahatlar davamlı xarakter daşıyır və əhalinin rifahının daha da yaxşılaşması istiqamətində ardıcıl tədbirlərin reallaşdırılması nəzərdə tutulur.

Aydın Mirzəzadə seçiciləri 1 sentyabr tarixində seçiciləri ölkənin gələcəyi naminə ən layiqli namizədə səs verməyə çağırıb: “Hər birinizi seçkilərdə fəal iştirak etməyə və Azərbaycanın gələcəyinə - dünənin, bu günün və sabahın partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə, birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırırıq”.

Tədbirdə təşviqat qrupunun üzvləri İranə Həsənova, Pərviz Məmmədov, Ülfət Qurbanov və digərləri çıxış edərək seçiciləri YAP-ın namizədini dəstəkləməyə çağırıblar.