YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP inam və etimad ünvanıdır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İmamverdi İsmayılovun YAP Qubadlı rayon təşkilatının qərargahında rayon ağsaqqalları və ziyalıları ilə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Ümummilli Liderin və Vətən uğrunda canlarını qurban vermis şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Partiyanın Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılan YAP-ın Azərbaycan xalqının inam və etimad ünvanı olduğunu qeyd edib.

Çıxış edən deputatlığa namizəd İmamverdi İsmayılov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, seçkilərdə Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu və bu gün Prezident İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyasını təmsil etmək həm məsuliyyətli, həm də şərəflidir.

İmamverdi İsmayılov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.

Görüşdə, həmçinin Mirsədizadə Müntəxab, Əvəz Həsənov, Çimnaz Kərimova, Şamama Həsənova, Gəray Əhmədov və digərləri çıxış ediblər. Qeyd olunub ki, YAP siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.

Çıxış edənlər seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.