YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Beyləqan seçiciləri “Yeni dövrə Yeni Azərbaycanla!” deyir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 83 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Şahin İsmayılovun rayonun İmamverdili kəndində seçicilərlə görüşü keçirilib.

YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov tədbiri giriş sözü ilə açaraq partiyanın parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, ölkəmizdə vətəndaşların Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir.

Deputatlığa namizəd Şahin İsmayılov Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verdikdən sonra əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından bəhs edib. Azərbaycanın öz suverenliyini bərpa etdikdən sonra ölkədə ilk dəfə parlament seçkilərinin keçiriləcəyinə diqqət çəkən Ş.İsmayılov Beyləqanın müharibənin ağrı-acısını yaşadığını qeyd edib və tarixi Zəfərimizdə qəhrəman beyləqanlıların rolundan danışıb.

Tədbirdə, həmçinin seçki qərargahının üzvləri Fədayət Rüstəmov, Novruz Şirinov, kənd ağsaqqalı Ələmşah İmanov və başqaları çıxış ediblər.

Çıxış edənlər İmamverdili kənd sakinlərinin hər zaman dövlətə və dövlətçiliyə sadiq olduqlarını qeyd edərək Azərbaycanın bugünkü uğurlarına müvəffəq olan Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini deyiblər.