Seçki-2024
“Seçimimiz Yeni Azərbaycan Partiyasıdır!”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində avqustun 9-da Yeni Azərbaycan Partiyası tərəfindən 118 saylı Ağdam-Xocalı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Məmmədovun Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı Rayon Mədəniyyət Evində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə böyük inamla getdiyini deyib. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfər ölkəmizin qüdrətini əhəmiyyətli dərəcədə artırıb. Xocalı seçiciləri möhtəşəm nailiyyətlərimizi yüksək qiymətləndirirlər.
Çıxış edən deputatlığa namizəd Elman Məmmədov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Partiyanın “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb.
Elman Məmmədov bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində qazanılan möhtəşəm qələbələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını və üçrəngli bayrağımızın işğaldan azad edilmiş bütün ərazilərimizdə ucaldılmasını təmin etmişdir: “Bu möhtəşəm uğurlar hər birimizin qürur mənbəyidir”.
Görüş iştirakçıları Kazım Rəhimov, Şakir Əliyev, Minə Həsənova və başqaları çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.
Çıxış edən seçicilər “seçimimiz dünən, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasıdır!”, - deyə vurğulayıblar.