YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib Liderlə uğurlu gələcəyə doğru

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Salyan şəhərində seçicilərlə görüş keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, partiyanın Təftiş Komissiyasının sədr müavini, Milli Məclisin deputatı Nizami Səfərov, təşviqat qrupunun üzvləri Allahverdi Piriyev, Yaqut Ələsgərova, Fərqanə Cəbrayılova, Səlimli Səlimağa, Rüstəm Məlikov, Sehranə Rzayeva və Əzizağa Məmmədli çıxış ediblər.

Çıxış edənlər bildiriblər ki, son 20 il ərzində Azərbaycan misilsiz nailiyyətlər əldə edib. Dövlət başçısı hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib. Natiqlər çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində qazanılmış Qələbə və 2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin suverenliyinin tam bərpa edildiyini vurğulayıblar. Qeyd ediblər ki, aparılan bərpa və quruculuq işləri ilə işğaldan azad olunmuş ərazilərimiz yenidən canlanır.

Natiqlər seçiciləri 7 fevral tarixində keçiriləcək Zəfər seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.