YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Zəfərlərimizin memarı

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Zərdab şəhər Heydər Əliyev Mərkəzində Zərdab rayonunda gənclər və qadın seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev, təşviqat qrupunun üzvləri Damət Bağırov, İlham Mahmudov, Ələkbər Kərimov, Sevinc Məmmədova, Zemfira Eyvazova və Gülnaz Məmmədova çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə  son 20 ilin Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olduğu, uğurların zirvəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasının dayandığı qeyd edilib.

Natiqləri seçiciləri fevralın 7-də Zəfərlərimizin memarı cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər Azərbaycanın xoşbəxt gələcəyi naminə qalib Lider İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.