YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Gənclər Azərbaycanın davamlı inkişafına səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Laçın rayonundan olan gənc seçicilərlə görüş keçirilib.

Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, təşviqat qrupunun üzvləri Şahbaz Muradov, Şikar Qasımov, Solmaz Məhərrəmova, Mikayıl Zeynalov, Elnur Əliyev, Gülməmməd Məmmədov, Babək Aslanov, Fəxrəddin Paşayev, Vətən müharibəsi veteranı Kənan Hüseynzadə çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, son 20 ildə Azərbaycan gəncliyinin fiziki və mənəvi inkişafı, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində dövlət tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilib.

Gənclərin məşğulluğu, biznes fəaliyyətinin təşkili və karyera quruculuğuna xüsusi diqqət yetirilib. Azərbaycanın və dünyanın aparıcı universitetlərində müxtəlif sahələrdə dövlət vəsaiti hesabına təhsil almış gənclərimiz Azərbaycan dövlətinin davamlı inkişafına öz töhfələrini verirlər.

Çıxış edən gənc seçicilər prezident seçkilərində qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, həmin gün Laçın rayon Daşlı kənd sakini 104 yaşlı seçici Mülayim Mustafayevanın ailəsi ziyarət olunub.