Seçki-2024
Uğurların davamına səs verək!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də YAP Gəncə şəhər təşkilatının qərargahında kəlbəcərli seçicilər ilə növbəti görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Görüşdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Milli Məclisin deputatı Aqil Məmmədov, təşviqat qrupunun üzvləri Rasim Şahməmmədov, şəhid atası Elxan Bayramov, Vətən müharibəsi qazisi Xəyyam Fətəliyev, Kəlbəcər rayon sakini 86 yaşlı Mamedova Diləfuruz Məcid qızı və başqaları çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində öz ərazi bütövlüyünü bərpa edib, bütün sahələrdə əsl intibahın yaşandığı bir dövlətə çevrilib.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyan cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər də natiqlərin fikirləri ilə həmrəy olduqlarını və fevralın 7-də qalib xalqın qalib Liderini dəstəkləyəcəklərini vurğulayıblar.
Görüş Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, həmin gün “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq kəlbəcərli seçicilərlə fərdi görüşlər də keçirilib.
Kəlbəcər rayon sakini 86 yaşlı Mamedova Diləfuruz Məcid qızı (Dədə Şəmşirin böyük gəlini)