YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Tarixi Zəfərlərimiz davamlı olacaq

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Gəncə şəhərində seçicilərlə növbəti görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Görüşdə YAP İdarə Heyətinin üzvləri - partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və Milli Məclisin deputatı Pərvin Kərimzadə, təşviqat qrupunun üzvləri Mehman Rzayev, Səbinə Əlizadə və başqaları çıxış ediblər. Natiqlər seçiciləri 7 fevral seçkilərində fəallıq göstərməyə, qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbir Yeni Azərbaycan Partiyası Himninin sədaları ilə başa çatıb.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Gəncə şəhərinin ərazisində vətəndaşlara prezidentliyə namizəd İlham Heydər oğlu Əliyevin seçkiqabağı platformasını əks etdirən bukletlər paylayıblar.