YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqımız şanlı Zəfərimizin memarına səs verəcək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Nərimanov rayonunda cəbrayıllı seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Görüşlərdə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, YAP Veteranlar Şurasının üzvü Əli Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, təşviqat qrupunun üzvləri Elçin Hüseynov və başqaları çıxış ediblər. Bildirilib ki, bu gün qalibiyyət rəmzi olan üçrəngli bayrağımız Cəbrayıl, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Şuşa və Laçında, həmçinin işğaldan azad edilmiş digər torpaqlarımızda dalğalanır. Vaxtilə hədəf kimi qarşıya qoyulan ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması bu gün artıq reallıqdır. Bu reallıq Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində mümkün olub.

Natiqlər çıxışlarında tədbir iştirakçılarını 7 fevral tarixində ölkəmizin yeni hədəflərə, daha parlaq gələcəyə doğru mətin addımlarla irəliləməsinə, şanlı Zəfərimizin memarı - cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.