Seçki-2024
Zəfərlərə davam!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Balakən rayonunda seçicilərlə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, Milli Məclisin deputatları Nəsib Məhəməliyev və Kamilə Əliyeva, təşviqat qrupunun üzvləri Əməkdar artist Nailə İslamzadə, şəhid anaları Zümrüd Məmmədova və Gülşən Kərimova çıxış ediblər.
Natiqlər hər bir Azərbaycan vətəndaşının seçki hüququndan istifadə edərək fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Liderinə səs verərək zəfərlərimizin davamlılığına dəstək olmağa çağırıblar.