Seçki-2024
Şamaxılılar misilsiz xidmətlər göstərən Liderə səs verəcəklər
Şamaxı rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Şamaxı rayonunun Nağaraxana, Talışnuru və Ərçiman kənd seçiciləri ilə görüş keçirilib.
Görüşdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, təşviqat qrupunun üzvləri Şasəddin Mikayılov, Emil Bədəlov, Fuad Nəsirov və şəhid valideyinləri Qənirə Quliyeva, Natiq İsgəndərov, Qalib Üsüfov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin liderlik qabiliyyəti, dövlətçilik təfəkkürü, yenilməz əzmi və iradəsi ölkəmizin müasir simasını müəyyənləşdirməklə yanaşı, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini kökündən dəyişib.
Natiqlər seçiciləri Azərbaycanı bütün çətinlik və təhlükələrdən qoruyaraq, inkişaf və zəfərə daşıyan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verməyə çağırıblar.