Seçki-2024
Zərdablılar qalib Lider İlham Əliyevə səs verəcəklər
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də YAP Zərdab rayon təşkilatının qərargahında şəhid ailələrinin üzvləri, müharibə əlilləri və iştirakçıları il görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Görüşdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev, təşviqat qrupunun üzvləri Damət Bağırov, İlham Mahmudov, Emil Kamilov, Qədir Hüseynov, İlham Abbasov və Neman Yediyarov çıxış ediblər.
Çıxışlarda böyük zəfərlərə doğru inamla və qətiyyətlə irəliləyən, doğma Vətənimizi işıqlı gələcəyə aparan dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə daha böyük inkişafı hədəfləyən siyasi kursdan və dövlət idarəçiliyindən danışılıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 20 ildə möhtəşəm nailiyyətlər və tarixi Qələbə qazanıb.
Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, həmin gün Zərdab şəhər Heydər Əliyev Mərkəzində də seçicilər ilə görüş keçirilib.