YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Zəfər yolunda əmin addımlarla irəliləyirik

Binəqədi rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Binəqədi rayonunda seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, təşviqat qrupunun üzvləri Əziz Axundov, Aftandil Səfərov, Bəhram Şiriyev, şəhid atası Şahin Sadıqov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyev tarix yazan qalib Liderdir. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa olunub.

Bu gün Azərbaycan Heydər Əliyev ideyaları əsasında və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə inamla inkişaf edir, tərəqqi və Zəfər yolunda əmin addımlarla irəliləyir.

Natiqlər seçiciləri qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verməyə çağırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, həmin gün seçicilərlə məhəlli görüşlər də keçirilib.