Seçki-2024
Tarixi ədaləti bərpa edən Liderə səs verək!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Ordubad rayonunun Aşağı Əylis, Yuxarı Əylis, Dəstə kəndlərində seçicilərlə görüş keçirilib.
Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov, Milli Məclisin deputatı Cəbi Quliyev, təşviqat qrupunun üzvləri Əliqulu Əsgərov, Əli Qənbərov çıxış ediblər. Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində hamılıqla məntəqələrə gəlib qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüşün sonunda seçicilər cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.