YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Uğurlu siyasi kursun davamına səs verək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Ağcabədi rayonunda seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, partiyanın Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, təşviqat qrupunun üzvləri Yalçın Adıgözəlov, Nizami Allahverdiyev, Məhəbbət Əliyeva, Birinci Qarabağ müharibəsi veteranı Toğrul Adıgözəlov və başqaları çıxış ediblər. Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs Azərbaycanı yeni Qələbələrə çatdırıb. Dövlət başçısı ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə xalqa verdiyi bütün vədləri yerinə  yetirib, hər bir azərbaycanlının Prezidenti olduğunu sübut edib.

Natiqlər seçiciləri 7 fevralda fəal olmağa, seçki məntəqələrinə gələrək xalqın layiqli namizədinə səs verməyə səsləyiblər.

Çıxış edən seçicilər son 20 ildə ölkəmizdə həyata keçirilən islahatları dəstəklədiklərini, seçkilərdə fəal iştirak edərək YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini qeyd ediblər.

Görüşün sonunda cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş film nümayiş etdirilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.