YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Son 20 il ərzində misilsiz uğurlar əldə edilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Ağdam rayonundan olan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Görüşdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, təşviqat qrupunun üzvləri Şamil Əbilov və Günay Abbasova çıxış ediblər. Tədbirdə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edilib. Qeyd olunub ki, tarixi Zəfərlər və qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Bildirilib ki, bu gün hər bir vətəndaş məmnunluq hissi ilə dərk edir ki, Azərbaycanın son 20 ili qalib Lider İlham Əliyevin adı və həyata keçirdiyi uğurlu siyasətlə bağlıdır.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər. 

Görüş Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.