Seçki-2024
“Xalqımıza qalibiyyət sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəyik”
Qəbələ rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Qəbələ rayonunda seçicilərlə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən, təşviqat qrupunun üzvləri Qalib Nəbiyev, Malik Ağayev, Əhməd Qəndiyev, Esmira Əsədova, şəhid anası Elmira Abdurahmanova çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin Azərbaycanın dünya arenasında nüfuzunun yüksəldilməsi naminə fəaliyyətində xarici siyasət kursu mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövlət başçısının yüksək diplomatik bacarığı sayəsində bu gün ölkəmiz həm regional, həm də qlobal miqyasda lider mövqeyindədir. Müzəffər Ali Baş Komandan İlham Əliyev 200 illik tariximizdə ilk dəfə olaraq dövlətimizin ərazi bütövlüyü tam şəkildə təmin etməsi vurğulanıb.
Çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza qalibiyyət sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib
Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində rayonun Çarxana kəndində də seçicilərlə görüş keçirilib.