Seçki-2024
Ən layiqli namizəd!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Yevlax rayonunun Hürüuşağı, Tanrıqulular kəndlərində yaşayan seçicilərlə görüş keçirilib.
Görüşdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, şəhid valideynləri Fərman Kazımov, Mehti Adıgözəlov, təşviqat qrupunun üzvləri Zərxanım Əhmədova və Vahid Quliyev vurğulayıblar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 il Azərbaycan xalqının taleyində tamamilə yeni inkişaf mərhələsinin başlanğıcı olub, bu dövrdə cəmiyyətimizin həyatında inqilabi dəyişikliklər baş verib. Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı sağlam və möhkəm təməl üzərində Prezident İlham Əliyevin inşa etdiyi güclü və müasir Azərbaycan bir çox taleyüklü problemləri geridə qoyaraq, gələcəyə doğru inamla addımlayan ölkələr sırasında öz layiqli yerini tutub. Son 20 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verməyə çağırıblar.
Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində rayonun Kolanı kəndində Vətən müharibəsi şəhidi Səmədli Sənan Fikrət oğlunun ailə üzvləri ziyarət olunub.