YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqın seçimi Müzəffər Ali Baş Komandandır!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Sabirabad rayonunda seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov, təşviqat qrupunun üzvləri Telman Qurbanov, Nicat Əliyev, Telman Mirzəyev, Ərzuman Babaşov, Rəna Hacızadə və Faiq Hüseynov çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, son 20 ildə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasət nəticəsində Azərbaycan böyük uğurlar qazanıb. Ərazi bütövlüyünü və bütün ölkə ərazisində suverenliyini tam bərpa edən Azərbaycan tarixi Zəfəri ilə regionda yeni reallıqlar yaradıb.

Təşviqat qrupunun üzvləri seçiciləri 7 fevral prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində cənab İlham Əliyevin alternativinin olmadığını, daha uğurlu gələcək üçün məhz qalib Liderə səs verəcəklərini bəyan ediblər.

Qeyd edək ki, həmin gün Sabirabad şəhəri Nizami küçəsində yaşayan seçicilər ilə də fərdi görüşlər keçirilib.