Seçki-2024
Zərdabda seçicilərlə növbəti görüş...
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Zərdab şəhər Heydər Əliyev Mərkəzində seçicilərlə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib.
Sonra Prezident İlham Əliyevin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
Görüşdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva, YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev, təşviqat qrupunun üzvləri Damət Bağırov, İlham Mahmudov çıxış ediblər.
Çıxış edənlər bildiriblər ki, Vətən müharibəsində qazanılan şanlı Zəfər Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətin və tariximizin ən böyük, misilsiz qələbəsidir. Məhz bu qələbənin nəticəsidir ki, 7 fevral prezident seçkiləri ölkəmizin bütün ərazilərində keçiriləcək.
Natiqlər əminliklə qeyd ediblər ki, yeni qələbələrin təmin olunması üçün Azərbaycan xalqı 7 fevral prezident seçkilərində öz səsvermə hüququndan yararlanaraq qalib Liderə səs verəcək.
Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.