YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə doğru!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də İsmayıllıda seçicilərlə növbəti görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov, təşviqat qrupunun üzvləri Valeh Salehov, Vidadi Rəhimov, Hafiz Kərimov, Gündüz Qədirov, Qalib Bəşirov, Əminə Ağayeva çıxış ediblər. Çıxışlarda bildirilib ki, bu gün İlham Əliyevin uğurlu və məqsədyönlü siyasi strategiyası ilə dövlətimiz dünya dövlətləri içərisində layiqli yerini tutub, beynəlxalq nüfuzu və mövqeyi daha da artıb, xalqımızın rifah halı yüksəlib. O cümlədən, sosial, səhiyyə, təhsil və digər sahələrdə uğurlu islahatlar reallaşdırılıb. Məhz bu istiqamətdə görülən işlərin, həyata keçirilən islahatların davam etməsi ilə dövlətimiz daha da inkişaf edəcək, daha böyük nailiyyətlərə imza atacaq. Buna görə seçicilər seçkilərdə fəal olmalı və dövlət başçısı, müzəffər Ali Baş Komandan ilham Əliyevin siyasi kursunun davam etməsinə səs verməlidirlər.

 Natiqlər fevralın 7-də keçiriləcək prezident seçkilərində fəal iştirak etmək və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs vermək üçün çağırış ediblər.

Seçicilər isə fevralın 7-də xalqımıza Zəfəri bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs  verəcəklərini qeyd ediblər. 

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.