Seçki-2024
Cəlilabad rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Cəlilabad rayonunun Ləkin kəndində seçicilərlə görüş keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Görüşlərdə YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, Milli Məclisin deputatı Malik Həsənov, təşviqat qrupunun üzvləri Yeganə Rzayeva, Ədalət Əsgərov, İlkin Zeynalov, Şəhla Mürsəlova, Rafiq Hüseynov, İlahə Dadaşova, İdman Quliyev, Kamal Ələsgərov, Ramiz Niftəliyev, Süleyman Süleymanov, Zülfi Məcidov, Murad Əhmədov və başqaları çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı sağlam və möhkəm təməl üzərində Prezident İlham Əliyevin inşa etdiyi güclü və müasir Azərbaycan gələcəyə doğru inamla addımlayan ölkələr sırasında öz layiqli yerini tutub. Son 20 ildə sosial-iqtisadi inkişaf, təhsil, mədəniyyət, ümumən dövlət həyatının bütün sahələrində parlaq nailiyyətlər əldə olunub. Görülən işlərin zirvəsi isə heç şübhəsiz, cənab İlham Əliyev rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasıdır.
Görüşdə çıxış edən seçicilər yekdiliklə qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.