YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqımız qalib Lideri qətiyyətlə dəstəkləyir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Suraxanı rayonunun Ramana qəsəbəsində məskunlaşmış Qubadlıdan olan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, təşviqat qrupunun üzvləri Ceyhun Məmmədov, Xürrəm Quliyev, Esmira Bayramova və digər iştirakçılar çıxış ediblər. Çıxışlarda qeyd olunub ki,  cənab İlham Əliyevin dövlət və xalq qarşısında misilsiz xidmətləri sayəsində ilk dəfə olaraq prezident seçkiləri ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan Respublikasında keçiriləcək. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyevin isə layiqincə davam etdirdiyi siyasi kursun nəticəsi olaraq güclü Azərbaycan dövləti təkbaşına beynəlxalq təşkilatların illərlə həll yolunu tapa bilmədiyi Qarabağ münaqişəsini “Dəmir yumruq” əməliyyatı ilə cəmi 44 günə reallığa çevirdi.

Natiqlər fevralın 7-də keçiriləcək prezident seçkilərində fəal iştirak etmək və Qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs vermək üçün seçicilərə çağırış ediblər.

Seçicilər isə xalqımıza Zəfəri bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs  verəcəklərini qeyd ediblər.