Seçki-2024
Şirvanlılar XXI əsrin Liderinə səs verəcəklər!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Şirvan şəhərinin N.Nərimanov küçəsində yaşayan seçicilərlə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Görüşdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, təşviqat qrupunun üzvləri Amil İsrayılov, Adəm Hüseynov, Mehman İsmayılov və İlkin Şahbazov çıxış ediblər.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev XXI əsrin lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyələnir.
Natiqlər seçiciləri 7 fevralda keçiriləcək prezident seçkilərində qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Qeyd edək ki, həmin gün YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov şəhid ailələrini də ziyarət edib.