Seçki-2024
Göyçaylılar doğru seçim edəcək
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də YAP Göyçay rayon təşkilatının qərargahında seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, partiyanın Veteranlar Şurasının üzvü Nazim İsmayılov, şəhid atası Akif Kərimov, Vətən müharibəsi qazisi Samir Süleymanov və təşviqat qrupunun üzvü Arzu Burcalıyev çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin əldə etdiyi uğurlardan, bu uğurların zirvəsi sayılan Vətən müharibəsində qazanılan tarixi Zəfərdən geniş bəhs edilib.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və cənab İlham Əliyevə səs verməyə çağırıblar.