YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Qalib Liderə səs verəcəyik”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Bakı və Sumqayıt şəhərlərində məskunlaşmış füzulili seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Görüşdə YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, təşviqat qrupunun üzvləri Roza Mirzə, Anar Əliyev və Allahverdi Rüstəmov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, 7 fevral prezident seçkiləri müstəqillik tariximizdə Azərbaycan ərazilərinin bütövlüyü şəraitində keçiriləcək ilk seçki olacaq. İndi həm torpaqlarımız işğaldan azad edilib, həm də Qarabağda erməni separatizminə son qoyulub. Bu baxımdan prezident seçkiləri hər birimiz və bütövlükdə dövlətimiz üçün böyük mənəvi-siyasi əhəmiyyət daşıyır.

Natiqlər seçiciləri 7 fevral seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan YAP namizədi İlham Əliyevə səs verməyə çağırıblar.   

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə sona çatıb.