YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Mingəçevirli seçicilər səsvermədə fəal iştirak edəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, yerli təşviqat qrupunun üzvləri Əfqan Abdullayev, Aidə İsmayılova, Ədalət Quliyeva və Pərviz Məmmədov çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin güclü, qətiyyətli və müdrik Lider olduğu vurğulanıb. Bildirilib ki, məhz bu nöqteyi-nəzərdən Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz üçün gələcək hədəflərin reallaşması müstəsna əhəmiyyət kəsb edir.

Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə qazandığı böyük uğurlar barədə geniş məlumat veriblər.

Seçicilər isə fevralın 7-də fəal və mütəşəkkil şəkildə seçki məntəqələrinə gedərək Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Görüşün sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.