YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Nərimanov rayonunda seçicilərlə növbəti görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində YAP Nərimanov rayon təşkilatında seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı, təşviqat qrupunun üzvləri Ağaəli Hüseynov, Tamerlan Əkbərov və digərləri çıxış ediblər. Çıxışlarda bildirilib ki, ötən 20 ildə Prezident İlham Əliyev Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirib, Azərbaycanı qüdrətli, qalib ölkəyə çevirib. İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü tam bərpa edən böyük sərkərdə kimi tarixə düşüb.

Əminliklə qeyd olunub ki, yeni qələbələrin təmin olunması üçün Azərbaycan xalqı 7 fevralda keçiriləcək prezident seçkilərində öz səsvermə hüququndan yararlanaraq qalib Liderə səs verəcək.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Nərimanov rayonunun müxtəlif ərazilərində seçicilərlə fərdi görüşlər də keçirilib.