YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib Lider hər zaman xalqın rifahı üçün çalışıb

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Pirallahı rayonunda gənc seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himninin səsləndirilib.

Görüşdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov, təşviqat qrupunun üzvləri Sevda Alxasova və Arzu Cahangirova çıxış ediblər. Qeyd edilib ki, Prezident İlham Əliyev Heydər Əliyev siyasətinin ən layiqli davamçısı olaraq daim ölkəmizin inkişafı və xalqımızın rifahı üçün çalışıb. Onun həyata keçirdiyi möhtəşəm işlər dövlətimizin inkişafına və qüdrətlənməsinə xidmət edib. Məhz bu inkişafın davamlı olması üçün müdrik və qədirbilən xalqımız fevralın 7-də keçiriləcək prezident seçkilərində Azərbaycanın Qalib Liderinə səs verəcək.

Seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər. 

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.