YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycan xalqı uğurlu gələcəyə səs verəcək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Sabunçu rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Milli Məclisin deputatı Əliabbas Salahzadə, təşviqat qrupunun üzvləri Səadət Şamilova, Vidadi Orucov və Telman Cəfərov çıxış ediblər. Bildirilib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən müasir dövrün tələbinə uyğun siyasi islahatlar, icra edilən iqtisadi proqramlar ölkəmizin nüfuzunun sərhədlərini genişləndirməklə bərabər, insan amilinin də inkişafına güclü təkan verib.

Diqqətə çatdırılıb ki, xalqımız prezident seçkilərində də Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən cənab İlham Əliyevə hər zaman olduğu kimi bu dəfə də böyük dəstək verəcək.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq rayonun Bakıxanov qəsəbəsinin Aşıq Pəri, Sülh, Sakit Qocayev, Muxtar Fətəliyev küçələri və Pirşağı qəsəbəsinin Əjdər Məlikov küçəsində yaşayan seçicilərlə fərdi görüşlər keçirilib.