YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Uzaqgörən və qətiyyətli siyasət

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Zaqatala rayonunda seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Zaqatala rayon təşkilatının sədr müavini Fərid Ramazanov, Milli Məclisin deputatı Kamilə Əliyeva, partiyanın Veteranlar Şurasının üzvü Tahir Məmmədov, təşviqat qrupunun üzvləri İbrahim İbrahimov, Famil Rəhimov və Aybəniz Heydərova çıxış ediblər.

Çıxışlarda cənab İlham Əliyevin 20 illik prezidentliyi dövründə əldə olunan nailiyyətlər, misilsiz qələbələr barədə ətraflı bəhs edilib. Qeyd olunub ki, dövlət başçısının uzaqgörən və qətiyyətli siyasəti sayəsində müstəqil Azərbaycan beynəlxalq aləmdə güclü, qüdrətli və nüfuzlu bir ölkəyə çevrilib. Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək cənab İlham Əliyevi dəstəkləyəcəklərini deyiblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.