Seçki-2024
Tərtərlilərin seçimi İlhamlı gələcəkdir!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Tərtər rayonunun Soyulan, İrəvanlı, Alışarlı, Hacallı və Evoğlu kəndlərinin sakinləri ilə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, təşviqat qrupunun üzvləri Kamil Məmmədov, Emin Quliyev, Sərxan Yusifzadə, Mehman Babayev, Amil Hüseynov və başqaları çıxış ediblər. Çıxış edənlər qeyd ediblər ki, Ulu Öndərin müəyyən etdiyi strategiyanı yeni çağırışlar şəraitində uğurla davam etdirən Prezident İlham Əliyev vətən və dövlət qarşısında müstəsna xidmətləri ilə xalqımızın tarixinə öz adını qızıl hərflərlə yazdırıb.
Natiqlər seçiciləri qələbələrin qarantı, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə yekdil şəkildə dəstək olmağa və səsvermə günü həmrəylik nümayiş etdirməyə çağırıblar.
Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.