YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalq öz Liderinə sadiqdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Şəki şəhərində və rayonun Daşüz kəndində seçicilərlə görüşlər keçirilib.

Görüşlər Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, YAP Veteranlar Şurasının üzvü Yaqub Mahmudov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov, təşviqat qrupunun üzvləri Rafik Səmədov, Ziyafət Xasıyeva, Məmməd Mahmudov, Şahid İsmayılov çıxış ediblər. Çıxışlarda ötən 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini, bütün sahələrdə nailiyyətlər əldə etdiyini bildirib, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin memarının da məhz Ali Baş Komandan İlham Əliyev olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, dövlət başçısının rəhbərliyi ilə bu gün Azərbaycan heç zaman olmadığı qədər güclü və qüdrətlidir. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanı Zəfər zirvəsinə yüksəltdiyini deyən natiqlər seçiciləri prezident seçkilərində fəallıq göstərməyə, qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.