YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Seçimimiz bəllidir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Şabran şəhərində seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov və təşviqat qrupunun üzvü Kəmalə Süleymanova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, Böyük Qayıdış konsepsiyasının uğurla həyata keçirilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması hər bir azərbaycanlının sevincinə səbəb olub. Bütün bu uğurlar qarşıdakı dövr üçün yeni prioritetlər müəyyənləşdirib.

Diqqətə çatdırılıb ki, bu seçkilər ilk dəfə olaraq respublikamızın bütün ərazilərində keçiriləcək. Ona görə də qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkiləri kimi dəyərləndirilir.

Çıxış edən natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər əminliklə qeyd ediblər ki, fevralın 7-də seçki məntəqələrinə gedərək azərbaycan xalqının qalib Lideri İlham Əliyevə səs verəcəklər.