YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Möhtəşəm quruculuq mərhələsi

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Abşeron rayonunun Fatmayı və Görədil kənd  seçiciləri ilə  görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, təşviqat qrupunun üzvləri Nuru Nadirov, Rəmziyyə Heydərova, Ülvi Salmanov və Əbülfət Nuriyev  çıxış ediblər. Natiqlər qeyd ediblər ki, Prezident İlham Əliyevin 20 illik fəaliyyəti Azərbaycan tarixinin ən qüdrətli, müstəqilliyinin ən güclü, dövlətçiliyinin ən möhtəşəm quruculuq mərhələsidir. Hansı ki, bu mərhələdə biz otuz illik işğalın tamamilə sonlandığının, separatçı ünsürlərin ölkədən təmizləndiyinin şahidi olduq.

Çıxışlarda seçicilərə 7 fevral prezident seçkilərində fəal iştirak edərək uğurlarımızın davamı, yeni zirvələr fəth etmək üçün YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırış edilib.

Seçicilər son 20 ilin tarixi uğurlarına əsaslanaraq cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki,  təşviqat qrupunun üzvləri  “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq rayonun digər qəsəbə və kəndlərində də görüşlər keçiriblər.