Seçki-2024
Böyük Qayıdışın müəllifi!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Ağdam Muğam Mərkəzində seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Görüşdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, təşviqat qrupunun üzvləri Bəhram Qurbanov, Rahibə Süleymanova və qazi Elşən Zeynalov çıxış ediblər. Çıxışlar zamanı Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycanın bütün bölgələrinin yüksək səviyyədə inkişaf etdiyi vurğulanıb.
Qeyd olunub ki, bu gün işğaldan azad olunmuş ərazilərimizdə aparılan tikinti, quruculuq işləri uğurla davam etdirilməkdədir. Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərimizin öz evlərinə qayıtması cənab İlham Əliyevin dəmir iradəsinin və uzaqgörən siyasətinin məntiqi nəticəsidir.
Çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Sonda Yeni Azərbaycan Partiyası Himni səsləndirilib.