YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Şərur rayonunda seçicilərlə növbəti görüş

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Şərur rayonunun Cəlilkənd, Tumaslı, Diyadin və Vayxır kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Turan Həsənova, Yeganə Məmmədova, Musa Vəliyev, təşviqat qrupunun üzvləri Həsən Cəfərov,Tacir Rəcəbov, Adil Əhmədov, Cahandur Məhərrəmov, Mirabbas Eminov, Əli Nəcəfov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Vurğulanıb ki, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ulu Öndərin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi və cənab İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasət xəttinə sadiqlik dayanır.

Natiqlər seçicilərə 7 fevral prezident seçkilərində fəal iştirak edərək uğurlarımızın davamı, yeni zirvələri fəth etmək üçün YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırış ediblər.

Seçicilər də öz növbəsində xalqımızın Qarabağ həsrətinə son qoyan cənab İlham Əliyevə səs verəcəklərini diqqətə çatdırıblar.