YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalq ən layiqli namizədə səs verəcək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Siyəzən rayon Mədəniyyət Mərkəzində şəhid ailələrinin üzvləri, müharibə əlilləri və veteranları ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin komitə sədri Sadiq Qurbanov, təşviqat qrupunun üzvləri Fuad Hacızadə və Nəcməddin Mürvətov çıxış ediblər.

Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı Zəfər qazanmasından, şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və ölkəmizin parlaq gələcəyinin təminatçısı olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Şəhid ailələri, qazilər göstərilən yüksək diqqət və qayğıya görə qalib Lider İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, Azərbaycanın parlaq gələcəyinə səs verəcəklərini deyiblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.