YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İlk dəfə səs verəcək gənclər qalib Lideri dəstəkləyirlər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Sədərək rayonunun Sədərək kəndində ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımov, Naxçıvan MR Ali Məclisinin deputatı Vüsalə Əliyeva və başqaları çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin Azərbaycan gəncliyinin inkişafını xüsusi diqqət mərkəzində saxladığı və bu istiqamətdə məqsədyönlü fəaliyyətin həyata keçirildiyi vurğulanıb. Qeyd edilib ki, bu gün Azərbaycan gəncliyi dövlətə, Vətənə və xalqa sədaqət andını inamla yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafına mühüm töhfələr verir, respublikamızı beynəlxalq arenada layiqincə təmsil edir. Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycan gənclərinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirib.

Natiqlər bütün seçiciləri səsvermə hüququndan düzgün istifadə edərək qalib Liderə səs verməyə çağırıblar.

İlk dəfə səs verəcək gənc seçicilər qalib xalqın qalib Lideri İlham Əliyevi dəstəklədiklərini bildiriblər.