YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Zərdab gənclərinin seçimi bəllidir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Zərdab rayonunun Heydər Əliyev Mərkəzində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Görüşdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev, təşviqat qrupunun üzvləri Elmin Cəfərli və Sevinc Məmmədova çıxış ediblər. Çıxış edənlər gəncləri 2 fevral - Gənclər Günü münasibəti ilə təbrik ediblər. Bildirilib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, Vətən müharibəsinin ilk günlərindən Azərbaycan gəncliyi doğma torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mübarizə meydanına atılıb. Gənclər ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpa olunması naminə qəhrəmanlıq və rəşadət göstəriblər. Bu möhtəşəm Qələbələrin nəticəsidir ki, bu seçkilər ölkəmizin bütün ərazilərində keçiriləcək.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə görüş yekunlaşıb.

Qeyd edək ki, Zərdab şəhərində seçicilərlə fərdi görüşlər də keçirilib.