Seçki-2024
Şanlı Zəfərdən yeni qələbələrə
Zaqatala rayonunda seçicilərlə növbəti görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Zaqatala rayonunun Mosul və Yengiyan kəndlərində seçicilərlə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Zaqatala rayon təşkilatının sədr müavini Fərid Ramazanov, Milli Məclisin deputatı Kamilə Əliyeva, partiyanın Veteranlar Şurasının üzvü Tahir Məmmədov, təşviqat qrupunun üzvü İbrahim İbrahimov çıxış ediblər.
Çıxışlarda bu gün Azərbaycanın Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində dünyanın nüfuzlu dövlətlərindən birinə çevrildiyi, ölkəmizin uğurlarının, nailiyyətlərinin, qələbələrinin gündən-günə artmaqda olduğu qeyd edilib.
Natiqlər əminliklə söyləyiblər ki, Qarabağın azad olunmasının qürurunu yaşayan Azərbaycan xalqı 7 fevral seçkilərində də qalib Lider İlham Əliyevə səs verərək ölkəmizin davamlı inkişafını, o cümlədən doğma Qarabağımızın cənnətə çevrilməsi prosesini fəal şəkildə dəstəkləyəcək.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.