YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Uğurların təməlini iqtisadi inkişaf və sabitlik təşkil edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Ordubad rayonunun Üstüpü kəndində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəi bir dəqiqəlik sükutla yad edilib.

YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov, Naxçıvan MR Ali Məclisinin deputatı Tofiq Babayev, təbligat qrupunun üzvü Siyavuş Quliyev və başqaları çıxış ediblər. Seçkilərə böyük sevinc və qürurla hissi ilə getdiklərini vurğulayan natiqlər 2003-2023-cü illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi nailiyyətlərə və Qələbələrə imza atıldığını, Azərbaycanda müstəqillik bərpa edildikdən sonra ilk dəfə seçkilərin bütün ölkə ərazisində keçiriləcəyini bildiriblər. Prezident seçkiləri məhz yeni hədəflərə doğru atılacaq mühüm siyasi addımdır.

Qeyd olunub ki, bütün bu uğurların təməlini güclü iqtisadi inkişaf və davamlı sabitlik təşkil edir. Hazırda Azərbaycan regionun qalib ölkəsi kimi qətiyyətli Lider İlham Əliyevin rəhbərliyi ilə yeni gələcəyini inşa edir. Natiqlər seçiciləri prezident seçkilərində yekdilliklə qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar. 

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.