Seçki-2024
Nərimanov rayonunda seçicilərlə növbəti görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də YAP Nərimanov rayon təşkilatında seçicilərlə növbəti görüş keçirilib.
Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Hikmət Məmmədov, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı, təşviqat qrupunun üzvü Vəfa Həziyeva və digərləri çıxış ediblər.
Çıxışlarda bildirilib ki, xalqımız hər zaman Prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Natiqlər seçiciləri 7 fevral tarixində keçiriləcək prezidenti seçkilərində aktiv iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevi dəstəkləməyə çağırıblar.
Qeyd edək ki, Nərimanov rayonunda seçicilərlə fərdi görüşlər də keçirilib.