Seçki-2024
Qalib Liderə səs verəcəyik!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də şəhid ailələri, qazilər və müharibə iştirakçıları, eləcə də Həsənabad qəsəbəsinin sakinləri ilə görüşlər keçirilib.
Görüşlərdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, partiyanın Gənclər Birliyinin üzvü Nərmin Qocaman, təşviqat qrupunun üzvləri Elnar Məmmədli, Akif Kərimov, Valeh Tağıyev, Könül Məmmədova, şəhid atası Baloğlan Ağamalıyev çıxış ediblər.
Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər orduda aparılan islahatlardan bəhs edib, şəhid ailələrinin, qazilərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu bildiriblər.
Seçicilər fevralın 7-də qalib Lider, xalqımıza Zəfəri bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini deyiblər.