YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Naxçıvanda təşviqat kampaniyası uğurla davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Naxçıvan şəhərində seçicilər ilə görüş keçirilib.

Görüşdə YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, təşviqat qrupunun üzvləri, Ali Məclisin deputatları Yazgül Rzayeva, Aidə Allahverdiyeva, Ramazan Abbasov və Ramil Orucəliyev çıxış ediblər.

Çıxışlarda gələcəyə doğru böyük inamla irəliləyən xalqın Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara imza atdığı, yüksək zirvələr fəth etdiyi vurğulanıb.

Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 30 illik həsrətini çəkdiyimiz torpaqlarımızı azad edərək xalqımızın ən böyük arzularını gerçəkləşdirib.

Natiqlər seçiciləri Yeni Azərbaycan  Partiyasının Sədri İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində fevralın 7-də xalqın etimadını qazanan qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.