Seçki-2024
Hər bir azərbaycanlının Prezidenti
2024-cü ilin fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Masallı rayonunun Boradigah qəsəbəsi, Mollaoba, Babaser, Sığdaş, Babaküçə, Xanalıyan, Ninəlov kəndlərinin seçiciləri ilə görüş keçirilib.
Görüşlərdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, təşviqat qrupu üzvləri Eldar Kazımov, Əntiqə Tağıyeva, Məmmədağa Şiriyev, Hikmət Xəlilov, Aytən Şükürova, Mahizər Şükürova, Asudə Cəfərova, Elman İmanov, Hümmət Cəfərov, Əyyar Nuriyev, Rəzi Kişiyev çıxış ediblər.
Natiqlər ötən 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini, bütün sahələrdə nailiyyətlər əldə etdiyini diqqətə çatdırıblar. Dövlət başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə surətli və davamlı inkişafa nail olunub.
Natiqlər seçiciləri Zəfər seçkisi kimi dəyərləndirilən prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.