YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Alternativsiz namizəd

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Sabunçu rayonunun Zabrat və Balaxanı qəsəbələrində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Milli Məclisin deputatı Əliabbas Salahzadə, təşviqat qrupunun üzvləri Zülfüqar Cəfərov və Oruc Əhmədov çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrdə qazanılan uğurlardan bəhs edilib. Qeyd olunub ki, son 20 ildə Azərbaycanın beynəlxalq nüfuzu durmadan artıb. Bu gün Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır. Cənab İlham Əliyevin gördüyü işlər, həyata keçirdiyi uğurlu siyasət onun bu seçkilərdə alternativsiz namizəd olduğunu bir daha təsdiq edir.

Görüş zamanı çıxış edən seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, həmin gün “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq, rayonun Bakıxanov və Pirşağı qəsəbələrində yaşayan seçicilərlə fərdi görüşlər keçirilib.